21.01.2025-ci il tarixində saat 15:20 radələrində 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) kritik ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Ona açıq kəllə beyin travması, aqonal vəziyyət diaqnozları təyin edilib.
Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, 21.01.2025-ci il tarixində saat 16:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
***
09:32
Ağdaşda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Modern.az xəbər verir ki, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynayarkən taxtadan düzəldilmiş nərdivan üstünə aşıb və azyaşlı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Araşdırma aparılır.