AZ

İran şimal-qərb sərhədlərində hərbi təlimlərə başlayıb

İran Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin sərhədçiləri ilə hərbi təlim keçirib.

AZXEBER.COM xəbər verir ki, ötən gün başlayan təlim ölkənin Şərqi Azərbaycanın Culfa sərhəd bölgəsində keçirilir.
 
Təlimin məqsədi üç dövlətin sərhəd qüvvələri arasında koordinasiyanı artırmaq və onların hərbi potensialını gücləndirməkdir.
 
Təlimdə çıxış edən İran Polis Qüvvələrinin Baş Komandanı Əhməd Rza Radan təlimin Culfadakı taktiki atışma bölgəsində əməliyyat hazırlığını artırmaq üçün planlaşdırıldığını vurğulayıb.
 
Həmçinin bildirib ki, İran qüvvələri elektron və optik sistemlərdən istifadə edərək ölkə sərhədləri yaxınlığındakı hərəkətləri daim izləyir.

Hərbi rəsmilər yaxın həftələrdə potensial təhlükələrə qarşı hazırlığı gücləndirmək üçün yeni təlimlərin keçiriləcəyini bəyan ediblər.
 
Gülay
Seçilən
14
azxeber.com

1Mənbələr