18 yaşı tamam olan 153 seçiciyə xüsusi kartlar veriləcək
Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan ilk dəfə səs verəcək 153 seçiciyə xüsusi kartlar paylanacaq.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.