AZ

DEM Partiyasının heyəti bu gün Öcalanla görüşəcək

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti ikinci dəfə PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla görüşəcək.

“Cebheinfo.az” xəbər verir ki, Ədliyyə Nazirliyi onlara İmralı adasına getməyə icazə verib.

Sözügedən heyətdə deputatlar Sırrı Süreyya Öndər və Pərvin Buldan olacaq. İlk görüşdə olduğu kimi bu dəfə də Əhməd Türkün İmralı ziyarətində yer almayacağı açıqlanıb.

Xatırladaq ki, DEM Partiyasının heyəti ilə Öcalan arasında ilk görüş ötən ilin 28 dekabr tarixində baş tutub.

Seçilən
7
cebheinfo.az

1Mənbələr