AZ

Luis Enrike gürcü futbolçu haqda danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni icarəyə götürdüyü cinah oyunçusu Xviça Kvaratsxeliya haqda danışıb.

News24.az xəbər verir ki, mütəxəssis Xviçanın necə futbolçu olduğunu çox yaxşı bildiyini deyib. 

"Yüksək səviyyəsini göstərdi. Xviça PSJ-nin heyətinə uyğunlaşmalıdır. O, çox elastik futbolçudur”, - deyə Enrike bildirib.

PSJ yanvarın 17-də Kvaratsxeliya ilə müqavilə imzaladığını elan edib. Futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi "Napoli"dən keçib. 

Futbolçunun illik qazancı 70 milyon avro olacaq.

Ağa Dadaşzadə


Seçilən
7
32
news24.az

10Mənbələr