AZ

Zəhərlənən tələbə qızların SON DURUMU

Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda ZƏHƏRLƏNMƏ - 5 tələbə qız xəstəxanalıq oldu

Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, tələbə qızların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr