Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov komunal xidmətlərdə qiymət artımının inflyasiyaya təsiri ilə bağlı sualı cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.
T.Kazımovun sözlərinə görə, 2025-ci ildə inflyasiya 5,5 faiz olub və tənzimlənən qiymətlərin artırıcı təsiri 0,51 faizdir:
“Biz inflyasiyaya təsirləri qiymətləndirmişik. Hökumətlə daha sıx, koordinasıyalı şəkikdə çalışırıq”.
AMB sədri, həmçinin neftin orta qiymətinin 2025-ci il üzrə 77,3 dollar proqnozlaşdırıldığını açıqlayıb. Vurğulayıb ki, təbii qazın orta qiyməti isə bu il üzrə 349 dollar proqnozlaşdırıb.
Gülnar Əliyeva