AZ

Kommunal xidmətlər üzrə qiymət artımı inflyasiyaya necə təsir edəcək? - AMB sədri açıqladı

Kommunal
“2025-ci ilə proqnozlaşdırılan inflyasiya 5.5 faizdir”. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
“Bu ilin əvvəlindən baş kommunal xidmətlər üzrə qiymət tənzimlənməsi inflyasiyaya birbaşa və dolayı yollarla 0.51 faiz artıcı təsir edir” – deyə o, əlavə edib. Xatırladaq ki, bu 2 yanvar 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
Seçilən
18
50
1news.az

10Mənbələr