AZ

Sabiq FİFA referisi 3-cü liqanın oyunlarına təyinat alacaq

Türkiyəli hakimlərin ya birdəfəlik hakimlikdən kənarlaşdırılması, ya da cəzalandırılaraq aşağı liqalara göndərilməsi faktına son illərdə tez-tez rast gəlinir. Bu günlərdə daha bir hakimin bu cür aqibətlə üzləşdiyi məlum olub.

''Football-plus.az'' xəbər verir ki, söhbət Ərkan Özdamardan gedir. Ona bundan sonra superliqa və 1-ci liqanın oyunları verilməyəcək. 37 yaşlı ədalət təmsilçisi yalnız 2 və 3-cü liqanın oyunlarına təyinat alacaq. Buna səbəb isə Özdamarın federasiyanın təşkil etdiyi fiziki testlərdən keçə bilməməsidi.

Mövsümün əvvəlindəki testin öhdəsindən gələ bilməyən Özdamar son olaraq yanvarın 11-də baş tutan ''Hatayspor'' - ''Çaykur Rizəspor'' qarşılaşmasına təyinat almışdı. Amma bu hakim yanvardakı testi də keçə bilməyincə onun səviyyəsi aşağı endirilib. Maraqlıdı ki, Özdamar cəmi 2 il öncə FİFA referisi statusunda idi. O, 2023-cü ildə yanvardan dekabra qədər FİFA hakimi olmuşdu. Hətta 2023/24-də Konfrans Liqasının təsnifat mərhələsində baş tutan ''Milsami'' - ''Panevezis'' oyununu da idarə etmişdi.

Bu arada Özdamardan başqa Yaşar Kamal Uğurlunun da eyni səbəb üzündən superliqa karyerasının başa çatdığı məlum olub

44 yaşlı Uğurlu yaşı 40-ı ötdüyü üçün o heç 2 və 3-cü liqa oyunlarına da təyinat almayacaq. Təcrübəli hakim bundan sonra yalnız həvəskarlar liqasının matçlarını idarə edə biləcək.

ƏLİ

Seçilən
12
football-plus.az

1Mənbələr