AZ

Güldara Nurimova: İqlim dəyişmələrinin səhiyyəyə təsirlərini azaltmaq üçün türk dövlətlərinin birgə fəaliyyəti vacibdir

İqlim dəyişmələrinin səhiyyə sisteminə təsirlərini azaltmaq üçün Türk dövlətlərinin birgə fəaliyyəti vacibdir.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin üzvü Güldara Nurimova Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.

O qeyd edib ki, ilk olaraq dövlətlərin tibb personalının bilik və bacarıqları artırılmalıdır:

"Hesab edirik ki, TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müvafiq komitələri arasında əməkdaşlıq gücləndirilməli, ictimaiyyət isə iqlim dəyişikliyinin sağlamlığa təsirləri barədə yetərincə məlumatlandırılmalıdır.

Eyni zamanda, təbii fəlakətlərə dair erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi çox vacibdir".

Seçilən
10
report.az

1Mənbələr