AZ

Özbəkistan Senatının komitə sədri: Türk dövlətləri iqlim dəyişikliyinin təsirlərinə qarşı birgə mübarizədə fəaliyyətlərini genişləndirməlidir

Türk dövlətləri iqlim dəyişikliyinin təsirlərinə qarşı birgə mübarizədə fəaliyyətlərini genişləndirməlidirlər.

"Report" xəbər verir ki, bunu Özbəkistan Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Bahrom Abdullayev Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, Özbəkistan türk dövlətlərinin iqlim dəyişikliyi ilə bağlı qanunvericiliyinin təkmilləşdirilməsini təklif edir:

"Eyni zamanda bu sahədə elmi araşdırmaları dəstəkləməli, maarifləndirmənin artırılmasına səy göstərməliyik".

B.Abdullayev bildirib ki, Özbəkistan 2030-cu ilə qədər iqlim dəyişmələrinin təsirlərinin azaldılması və iqtisadiyyatın canlandırılmasına ciddi çalışacaq:

"İnsanların minimum yaşama həddinin 78 yaşa çıxarılması, uşaqlarda irsi xəstəliklərin azaldılması, əhalinin sağlam qidalarla təmin edilməsi, "yaşıl enerji"dən istifadənin 40 faizə qədər artırılması və karbon qazının miqdarının azaldılması Özbəkistanın başlıca hədəfləridir".

Seçilən
10
report.az

1Mənbələr