AZ

Suriyanın yeni hakimiyyəti Tartus limanı ilə bağlı Rusiyayla müqaviləni ləğv edib

Suriyanın yeni hakimiyyət orqanları Tartus dəniz limanının idarə edilməsinə dair Rusiya tərəfi ilə 2019-cu ildə bağlanmış müqaviləni ləğv edib.

Herbiand.az xəbər verir ki, bu barədə yanvarın 19-da ərəbdilli “Al Watan online” internet nəşri məlumat yayıb.

Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudinin bəyanatında deyilir: "Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu haqqında müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq".

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, Rusiyanın “Stroytransgaz” şirkəti ilə 2019-cu ildə 49 il müddətinə investisiya müqaviləsi bağlanıb. Limanın modernləşdirilməsi üçün Rusiya tərəfdən 500 milyon dollar sərmayə qoyulmalı idi.

Seçilən
37
32
herbiand.az

10Mənbələr