AZ

Tayvanda bir həftə ərzində qripə yoluxanların sayı antirekord qırıb

Ötən həftə Tayvanda qriplə xəstəxanalara müraciətlərin sayı son 10 ilin ən yüksək göstəricisi olub və əvvəlki həftənin rekordunu qırıb. Bu barədə adanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

QHT.az xəbər verir ki, yanvarın 12-dən keçən şənbə gününə qədər qripə bənzər xəstəliklər üçün xəstəxanaya 141,777 müraciət edilib ki, bu da 10 qrip mövsümündə həftəlik ən yüksək göstəricidir. Və həftəlik halların sayının artmağa davam edəcəyi gözlənilir. Bir həftə əvvəl 139 613 hadisə qeydə alınıb ki, bu da son 10 ilin rekordu idi.

Keçən həftə adada qripdən altı ölüm hadisəsi qeydə alınıb. Xəstəliyin ağır hallarının 90%-dən çoxu donuz qripi kimi tanınan H1N1 ştamından qaynaqlanır.

 

R.İmanov

Seçilən
10
qht.az

1Mənbələr