AZ

Təyyarə qəzası ilə bağlı araşdırma davam edir: “Yekun qərar açıqlanmamış yanlış fikirlər səsləndirilir”

“Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması araşdırma tələb olunan hadisədir. Azərbaycan Respublikası Baş Prokurorluğunun açıqladığı kimi  müvafiq məsələ ilə bağlı üç ölkədə cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilməkdə davam edir.  Qəzanın baş verməsi səbəbləri detallara qədər araşdırılır. Nəticədə isə ədalətli qərar veriləcək. Veriləcək qərardan isə bütün tərəflərin razı qalacağını hesab edirəm”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili təəssüflə qeyd edib ki, komissiyanın yekun qərarı açıqlanmamış yanlış fikirlər səsləndirənlər və Azərbaycanla Rusiya arasında münasibətlərə soyuqluq yaratmağa çalışanlar da var:

“Amma hesab edirəm ki, təyyarə qəzası Azərbaycanla Rusiya arasında münasibətlərin davam etdirilməsinə xələl gətirməyəcək. Bu baxımdan istintaqın nəticələri açıqlanandan sonra qəzanın baş verməsinə görə məsuliyyət daşıyan bütün iştirakçılar öz cəzalarını alacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr