AZ

Qambiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlhamƏliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Zati-aliləri.

Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzayauğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsiilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdanAzərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığıverirəm.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bufaciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlardaQambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.

Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılıgünlərdə səbir diləyirəm".

Seçilən
15
50
az.trend.az

10Mənbələr