AZ

Amaniyadan Maskın "Nasist" salamına reaksiya: Biabırçılıqdır

Dünyanın ən varlı adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində “nasist” salamına bənzəyən mübahisəli addımına Avropada reaksiyalar olub.

Turkustan.az xəbər verir ki, Maskın salamına alman mətbuatı da reaksiya verib; Maskın salamı pis niyyətli təhrik və ya ifrat sağçı qruplarla həmrəyliyə çağırış kimi qınanıb.

Guardian qəzetində yer alan xəbərdə, "Maskın ifrat sağçılara verdiyi dəstəyin üzərində fokuslanmaq lazımdır. Bəziləri bunun mütləq nasist salamı olduğunu söyləyərkən, bəziləri buna əmin deyil" ifadələri işlədilib.

Aparıcı alman-fransız nəşriyyatçısı və Almaniyadakı Yəhudilərin Mərkəzi Şurasının keçmiş vitse-prezidenti Mişel Fridman Maskın hərəkətlərini biabırçı adlandırıb və Maskın “bütün azad dünya üçün təhlükəli nöqtəyə çatdığını” göstərdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr