"Google" daha əvvəl "Anthropic"-ə təxminən 2 milyard dollar sərmayə qoyub.
"Google" süni intellektlə işləyən "Anthropic" startapına 1 milyard dollardan çox sərmayə qoyacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bu sərmayənin "Google"nun süni intellekt sahəsindəki mövqeyini gücləndirmək və rəqabətə davam gətirmək üçün edildiyi bildirilib.
Qeyd olunub ki, "Google" daha əvvəl "Anthropic"-ə təxminən 2 milyard dollar sərmayə qoyub.