AZ

18-19 yaşda insult olurmu?– Səbəblər



Beyinqan dövranının kəskin pozulması gənc yaşda da rast gəlinə bilər.


“Medicina” xəbər verir ki, nevroloqYekaterina Demyanovskaya 18-20 yaşda ola biləcək insultun səbəblərini açıqlayıb.

“Ümumi insult statistikasında 18-40 yaşa qədər insultların sayı 5-15% arasıdır.

Gənclərdə beyin qan dövranı problemlərinin bu səbəbləri var.

-Anadangəlmə irsi qan laxtalanması problemi
-Anadangəlmə beyin damar patologiyaları
-Disseksiya – yuxu və onurğa damarlarının qopması
-Qəfil travma, stress

18-20 yaşda insutları öncədən proqnozlaşdırmaq mümkün deyil.
Bəzən idman və ya travma zamanı baş və boyun əzələlərinin gərginliyindən damar zədələnməsi, laylanması baş verə bilər.

Əgər gənc insanda təzyiq müntəzəm 160-ı keçirsə və belə qəfil yüksəlmələr çox baş verirsə, ailə və həkimlər artıq insultu profilaktika edə bilər.

Gənclərdə çox zaman tranzitor ataklar olur.

Bunun əlamətləri:

-güclü baş ağrısı
-Baş hərlənmə
-Bədənin bir tərəfinin zəifliyi
-Dezoriyentasiya
-Görmənin nitqin zəifləməsi


Bu hallarda təcili yardım çağırılır, xəstə xəstəxanaya yerləşdirilir və MRT olunub, müvafiq müalicə aparılır.


Aygün Musayeva


Seçilən
9
medicina.az

1Mənbələr