Bakı. Trend:
Münaqişədən dolayı son aylar kəskin ərzaq və dərman qıtlığı iləüzləşən Qəzzaya humanitar yardım daşıyan 900-ə yaxın yük maşınıdaxil olub.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş MillətlərTəşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsiməlumat yayıb.
“Qəzzaya 900-ə yaxın humanitar yardım dolusu yük maşını daxilolub”, - məlumatda qeyd olunub.
Qeyd edilir ki, iki həftə əvvəl BMT-nin qurumu Qəzza zolağınagirişin sərt şəkildə məhdudlaşdırılması ilə əlaqədar, yerliəhalinin aclıqdan və kəskin qida çatışmazlığından əziyyət çəkdiyinibildirmişdi.