Dövlət Departamenti ölkədə və xaricdə missiyalara ABŞ milli bayrağından başqa hər hansı bayraqların dalğalanmasını qadağan edib.
Herbiand.az xəbər verir ki, bu barədə müvafiq qərarən surətini əldə edən mühafizəkar “Washington Free Beacon” portalı məlumat yayıb.
Portal sənəddən sitat gətirir: “Bu gündən etibarən yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı ABŞ qurumlarında həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dalğalana və ya nümayiş etdirilə bilər”.
Sənədə görə, bu qaydanı pozan əməkdaş əmək və müqaviləyə xitam verilməsi də daxil olmaqla, intizam məsuliyyətinə cəlb oluna bilər.
Bu qərar əvvəlki administrasiya dövründə Amerikanın xaricdəki nümayəndəlikləri, o cümlədən səfirlikləri tərəfindən qaldırılan LGBT bayrağının qaldırılmasını da faktiki olaraq qadağan edir.
Xatırladaq ki, müəyyən tarixlərdə Bakıdakı ABŞ səfirliyində də LGBT bayrağı qaldılrılırdı.