AZ

Abid Şərifov haradadır? - AÇIQLAMA

“Təqaüddəyəm, hər şey yaxşıdır. Müalicə olunuram. 85 yaş ahıl yaşdır...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. 

 

“Keçmiş məmurlardan kim mənimlə maraqlanırsa, onunla danışıram. Ölkə xaricinə çıxmıram, bağımdayam”, - o bildirib. 

 

Xatırlatma: A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 Yanvar 2025, 13:22   
Seçilən
24
2
pravda.az

2Mənbələr