Bu barədə TASSməlumat yayıb.Qeyd edilib ki, yeni PUA-ları fərqləndirən cəhət onun süni intellektə malik olmasıdır. "Söhbət yeni "Mikrob" kamikadze dronlarından gedir. 3000 "Mikrob" Ukraynadakı xüsusi hərbi əməliyyat (SVO) zonasına çatdırılıb", - nəşr “Narodnom front"a istinadən yazıb.
"Bizim dronumuz süni intellektə və bələdçilik sisteminə malikdir. Operator hədəfi qeyd etdikdən sonra, "Mikrob" düşmənin necə manevr etməsindən asılı olmayaraq, onu müstəqil şəkildə izləyə bilər. Bu dron kifayət qədər dinamik xüsusiyyətlərə malikdir - yüksək sürətlə və həddindən artıq yüklənmələrdə uça bilir",- məlumatda qeyd edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta