Ötən il bank olmayan kredit təşkilatlarına gündəlik kreditlər vermək imkanı yaradılsa da, gündəlik kreditlərin inkiaşfı Mərkəzi Bankın marağında deyil.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, həm maliyyə institutları, həm də istehlakçılar bu sahədə kifayət qədər risklərlə üzləşir.
"Bu sahədə risklərin daha çox olduğu üçün biz bu sahədə tələbləri artırmışıq". - deyə sədr vurğulayıb.