AZ

“Hürriyyət”də dərc olunan yazıya nazirlikdən REAKSİYA

Hurriyyet.az saytında dərc olunan "Gözdən əlil olan Gəncə sakini mənzillə təmin olunmasını istəyir – “İKİ AİLƏNİN 1 OTAQLI EVDƏ YAŞAMASI MÜMKÜN OLMUR”” sərlövhəli yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən  reaksiya verilib. 

Qurumdan saytımıza verilən açıqlamanı olduğu kimi dərc edirik:

"Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və imtiyazlı kateqoriyadan olan digər şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda onlar qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər. 

Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslərin Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulub. 

Vətəndaş Məriyəm Daşdəmir qızı Mərcan-Nicat 15.07.2022-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. 

Mövcud qanunvericiliyə əsasən, M.Mərcan-Nicatın mənzil və ya fərdi evlə təmin olunması Nazirliyin səlahiyyətləri xaricindədir".

Aynurə MUSTAFAYEVA

Seçilən
4
hurriyyet.az

1Mənbələr