Bakı. Trend:
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında 23-24 yanvartarixlərində Fondun Şura toplantısına hazırlıq məqsədi ilə 2-ciEkspert-Səviyyəli İclas keçiriləcək.
Trend xəbərverir ki, bu barədə TurkicWorld Türk Mədəniyyəti və İrsi Fonduna istinadənməlumat verir.
İclasda təşkilatın 2025-2026-cı illər üzrə fəaliyyət planlarınınmüzakirəsi, Şura toplantısının gündəliyinin müəyyənləşdirilməsi vəNizamnamə sənədlərinə mümkün dəyişikliklər ətrafında fikirmübadiləsi aparılacaq.
Görüşdə həmçinin mütəxəssislərin müraciətləri, rəy və təklifləridə dinləniləcək.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və TürkiyəninXarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələrininiştirakı nəzərdə tutulur.
Fondun nümayəndələri bildiriblər ki, təşkilatın fəaliyyətinidaha da zənginləşdirmək və üzv dövlətlər arasında əməkdaşlığıgücləndirmək məqsədilə hər il bu cür toplantıları davamlı şəkildətəşkil etməyi planlaşdırırlar.
Qeyd edək ki, 24 Mart 2024-cü ildə Türk Mədəniyyəti və İrsiFondu ilə "Türk Dünyası" media platforması arasında ortaq tarixiköklərə sahib Türk xalqlarının mədəni irsinin qorunması, beynəlxalqmiqyasda təbliği yönündə Fondun fəaliyyətinin tanıdılması vəişıqlandırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.