AZ

İran Türkiyəyə qarşı yeni televizya kanalı yaratdı

Türkiyənin TRT televizyasının fars bölməsinin açılışından qısa müddət sonra İranın dövlət radio və televizya şirkəti "PressTV"nin türkcə bölməsini yaradıb.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, yeni kanal Türkiyə türkcəsində informasiya və verilişlər yayacaq.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının 18-də Türkiyənin TRT kanalının 24 saat fəaliyyət göstərəcək fars bölməsi fəaliyyətə başlayıb.

Xatırladaq ki, 2077-ci ildə təsis edilən "Press TV" İranın ingilis dilində siyasi-ideoloji təbliğat vasitəsidir.

Mərkəzi ofisinin Tehranda yerləşdiyi televizya kanalının London, Beyrut, Kabil, Dəməşq və Bağdadda da ofisləri var.

Əsədin devrilməsindən sonra Dəməşqdəki ofis balanıb, London və Beyrutdakı ofislərində balanacağı gözlənilir.

visiontv.az



Seçilən
9
1
visiontv.az

2Mənbələr