AZ

Təbrizdə "Ayman Paşa” və “Ayman” adllarına doğum şəhadətnaməsi verilmir

Təbriz Vətəndaş Qeydiyyat İdarəsi Möhsün Qasımiyanın oğluna “Ayman Paşa” və “Ayman” adlı türk adları olan doğum şəhadətnaməsi verilməsinə qarşı çıxıb.

Bu barədə Aymanın atası Balamın Adı kampaniyasına danışıb: "Oğlumuz 2019-cu ilin sentyabr ayında dünyaya gəlib və biz onun üçün türkcə "Ayman Paşa" adını seçmişik. Təbrizin vətəndaş qeydiyyatı idarəsinin rəsmiləri bizə dedi ki, eyni anda iki hissəli ad seçmək olmaz! Halbuki ölkədə Əmir Hüseyn, Məhəmməd Əli, Əmir Taha və s. kimi minlərlə mürəkkəb adlar üçün doğum şəhadətnaməsi verilir. Bu süni əngəl səbəbindən biz oğlumuza Ayman adını seçmək qərarına gəldik, ancaq idarə işçiləri bu ada da sənəd verməkdən imtina etdilər. Biz də “Ad Seçim Sistemi”nə şikayət ünvanlayaraq, lazımi sənədləri təqdim etməklə bu ad üçün şəxsiyyət vəsiqəsinin alınmasını xahiş etdik. Bir müddət sonra Tehrandakı “Ad Seçmə Komitəsi” bizə Ayman adı üçün şəxsiyyət vəsiqəsi əldə etməyə icazə verdi. Ancaq idarə işçiləri oğlumuzun adını Ayman yerinə ərəbcə İman şəklində qeyediyyata almışdılar. Nəhayət çoxsaylı şikayətlərdən sonra biz oğlumuz üçün Ayman adı ilə yeni şəxsiyyət vəsiqəsi ala bildik."

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr