AZ

Dünya bazarında şəkərin qiyməti son 4 ilin minimumuna enib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ xam şəkər fyuçersləri Braziliyada yaxşı məhsul və Hindistandan ixracın bərpası gözləntiləri ilə 2021-ci ilin yayından bəri ən aşağı səviyyəyə enib.

Banco.az xəbər verir ki, Londonun ICE birjasında mart ayı şəkər fyuçersləri 2,5% ucuzlaşaraq bir funt üçün 17,77 sentə düşüb.

“Trading Economics”in məlumatına görə, dünyanın ikinci ən böyük şəkər istehsalçısı olan Hindistanın hakimiyyət orqanları sentyabrın sonunda başa çatacaq cari kənd təsərrüfatı ilində 1 milyon tona qədər şəkər ixracı üçün kvota verib. Ümumilikdə, ölkə bu kənd təsərrüfatı ilində 27 milyon tondan çox şəkər istehsal etməyi gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
8
banco.az

1Mənbələr