AZ

“Borussiya Dortmund” Nuri Şahini istefaya göndərdi


Almaniyanın “Borussiya Dortmund” komandası baş məşqçi Nuri Şahini istefaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
“Təəssüf ki, biz “Borussiya Dortmund”un bu mövsüm idman ambisiyalarını həyata keçirə bilmədik. Buna baxmayaraq, mən kluba bundan sonra ən yaxşısını arzulayıram”, - deyə mətbuat xidməti baş məşqçidən sitat gətirib.
Bu günə olan məlumata görə, Dortmund “Borussiya”sı 25 xalla Bundesliqanın turnir cədvəlində 10-cu yerdədir.
Seçilən
16
yeniavaz.com

1Mənbələr