Bakı. Trend:
Azərbaycan və Oman Sultanlığı arasında parlamentlərarasıəlaqələr üzrə işçi qrupu yaradılır.
Trend xəbərverir ki, bu məsələ “Azərbaycan Respublikası Milli Məclisininparlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərininseçilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklikdə öz əksinitapıb.
Layihəyə əsasən, deputat Səbinə Salmanova Azərbaycan-OmanSultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərtəklif edilir.