AZ

Ukraynada “Koreya ssenarisi” – Rusiya razılaşacaqmı?

ABŞ Koreya ssenarisi əsasında Ukrayna münaqişəsi kontekstində Rusiyaya atəşkəs təklif edə bilər.

Editor.az bildiri ki, bu barədə “Asia Times” yazıb. Material müəllifi qeyd edib ki, Koreya ssenarisi Rusiyanın məqsədlərinə uyğun gəlmir və sülh yalnız atəşkəslə əldə edilə bilməz.

“Rusiyanın məqsədləri təkcə ilhaq edilmiş ərazilərin tanınması deyil, həm də Ukraynanın demilitarizasiyası və ölkənin NATO-ya üzv olmaması ilə bağlıdır. Bu məsələləri həll etmədən atəşkəs sazişinin necə bağlanacağını təsəvvür etmək çətindir”, – nəşr yazır. Məqalədə qeyd edilir ki, Moskva atəşkəs yox, NATO və ABŞ ilə hərtərəfli razılaşma axtarır.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr