AZ

Kursk qaçqınları ayağa qalxıb - “Özümüzü atılmış hiss edirik” + VİDEO

Kurskda Ukrayna ilə həmsərhəd bölgələrdən olan və 2024-cü ilin avqustundan başlayaraq evlərini tərk edən rusiyalı qaçqınların növbəti mitinqi keçirilib.

“AzPolitika” Rusiya kanallarına istinadla xəbər verir ki, artıq 6 aydır müvəqqəti məskunlaşma mərkəzləri ilə kirayə mənzillər arasında qalan qaçqınlar hökumətdən dəstək istəyirlər.

Kursk sakinləri daimi mənzil və itirilmiş əmlaka görə kompensasiya tələb edirlər, lakin hökumətin onlara ciddi əhəmiyyət vermədiyi görünür.

Bundan öncə Vladimir Putin büdcədə qaçqınlar üçün lazımi vəsaitin olduğunu iddia etsə də, Kursk qubernatoru maliyyənin olmadığını deyib.

Mitinqçilər isə "biz özümüzü unudulmuş, atılmış hiss edirik" deyirlər.

Onu da qeyd edək ki, bu mitinqdən sonra Vladimir Solovyovun “Solovyov LİFE” proqramının efirində qaçqın düşən və etiraz edən Kursk sakinləri təhqir olunub.

“AzPolitika.info”  

Seçilən
7
azpolitika.info

1Mənbələr