Ajans.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.
Bildirilib ki, Ərdoğan Boluda dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında həlak olanların cənazə namazında iştirak edəcək.
Xatırladaq ki, yanvarın 21-də Bolunun Kartalkaya dağ-xizək mərkəzinin hotelində güclü yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər həlak olub.