AZ

İranın Məhkəmə Sistemi: Rəisinin helikopterinin qəzaya uğramasının təxribat olduğuna dair heç bir sübut tapılmayıb



Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması zamanı təxribat və ya terror aktlarını göstərən heç bir sübut əldə olunmayıb.


APA xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir bugünkü mətbuat konfransında bildirib.

"Hələlik mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması zamanı təxribat və ya terror aktlarını göstərən heç bir sübut əldə olunmayıb", - sözçü qeyd edib.

Onun sözlərinə görə, araşdırmalar davam edir.

Seçilən
14
apa.az

1Mənbələr