Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edib.
"Operativ Media" xəbər verir ki, Ukrayna Prezidentinin "Facebook" hesabında edilən paylaşımda deyilir:
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Qəza yerindən əldə edilən dəlillər aydındır və Rusiyaya təzyiq göstərmək vacibdir ki, o, həqiqəti açıqlamağa məcbur edilsin.
Eyni zamanda, ikitərəfli əlaqələri və onların gələcək inkişafını müzakirə etdik. Gələcəkdə ölkələr arasında ticarət dövriyyəsinin artırılması və enerji sektorunda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq.
Biz Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımları yüksək qiymətləndiririk. Təşəkkür edirəm!".