AZ

Nuri Şahin istefaya göndərilməsindən danışdı

style='margin-bottom:10px;'>

Dortmund "Borussiya"sının baş məşqçisi vəzifəsindən bu gün istefaya göndərilən Nuri Şahin klubdan ayrılması haqda danışıb.

QOL.az xəbər verir ki, onun komandası ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Bolonya"ya uduzub - 1:2. Nəticədə klub rəhbərliyi uğursuz nəticələrə görə mütəxəssislə yolları ayırıb.

N.Şahin isə "Borussiya"nın qərarı haqda bunları deyib: 

“Təəssüf ki, biz cari mövsüm “Borussiya”nın idman ambisiyalarını reallaşdıra bilmədik.  Bu xüsusi kluba uğurlar arzulayıram”.

Qeyd edək ki, N.Şahin ötən ilin yayından Dortmund təmsilçisini çalışdırırdı. Hazırda "Borussiya" Bundesliqanın turnir cədvəlində 25 xalla 10-cudur.

Seçilən
22
teleqraf.com

1Mənbələr