7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton Milli Katedralinin yepiskopu Mariann Buddun dua mərasimində verdiyi xütbədən narahat olub. Yepiskopu kobud adlandıran Tramp üzrxahlıq gözlədiyini açıqlayıb. ABŞ prezidenti sosial şəbəkədəki paylaşımında "Dua mərasimində danışan yepiskop radikal solçu Trampın düşməni idi. Yersiz ifadələri bir yana qalsın, mərasim çox ruhsuz keçdi. Deyəsən, işində o qədər də yaxşı deyil! O, özü və kilsəsi adından ictimaiyyətdən üzr istəməlidir!” yazıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta