Bakı. Trend:
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edamolunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindəntəsdiqlənib.
Trend-inməlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü ƏsğərCahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan səfirliyinə hücum edən şəxszərərçəkənlərin yaxınları tərəfindən qisas olunmağa məhkumedilib.
Cahangir deyib ki, cinayət işi icra olunması üçün məhkəməyəgöndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək.Zərərçəkənlər qisasın alınmasını tələb etdiyi halda, cinayət işiicra olunması üçün əlaqədar quruma göndəriləcək.
Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakısəfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsindəSəfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb.