AZ

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Bakı. Trend:

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq.

Trend xəbərverir ki, bu məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirə edilən“Mühasibat uçotu haqqında” qanuna təklif edilərək dəyişiklikdə özəksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemiaşağıdakıları təmin edir:

- mühasibat uçotu subyektləri tərəfindən müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimedilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektronsənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdimedilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün buQanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilindədərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqiaktların Azərbaycan Respublikasının Hüquqi Aktların DövlətReyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibatuçotunun aparılmasını təmin edən proqram təminatlarının vəmaarifləndirici məlumatların yerləşdirilməsini.

Seçilən
6
17
az.trend.az

10Mənbələr