AZ

Əfqanıstanda Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədilə tədris mərkəzi açılıb

Mərkəzdə eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılıb.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılmışdır.

Azərbaycanın Əfqanıstandakı səfirliyindən "Operativ Media"ya verilən məlumata görə, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılmışdır.

Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və  qeydiyyatından keçmiş “Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılmışdır. Mərkəzin sinif və müəllimlər otaqları  lazımı avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilmişdir.

Seçilən
27
3
operativmedia.az

2Mənbələr