Nazirlər Kabinetinin Qərarına əsasən, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı” təsdiq edilib.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin
S İ Y A H I S I
Sıra №- si | Xidmətin adı |
1. | Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixrac bazarları barədə məlumatların verilməsi |
2. | Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara Azərbaycan Respublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi |
3. | Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi |
4. | İnvestorların və ixracatçıların investisiya və ixrac fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin əlaqələndirilməsi işinin təşkili |