AZ

Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror aktını törədən Yasin Hüseynzadəyə verilən edam cəzasını təsdiqləyib.

Missiya.Az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransı zamanı məlumat verib.

"Məhkəmənin qərarından sonra Azərbaycan səfirliyinə hücum edən şəxsin dosyesi Tehrana göndərildi və Ali Məhkəmə tərəfindən təsdiqlənərək, sözügedən şəxs barəsində ölüm hökmü çıxarıldı”, - deyə o vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin mühafizə rəisi həlak olub, iki mühafizəçi isə yaralanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr