Sting səhnə adı ilə tanınan məşhur musiqiçi Qordon Metyu Tomas Sumner çıxışlarını ləğv etdiyini açıqlayıb. AFN.az xəbər verir ki, bu barədə sənətçinin özü İnstaqram səhifəsində yazıb. O, bildirib ki, həkiminin məsləhəti ilə yanvarın 23-də "The Bass Magazine Awards"da çıxış edə bilməyəcək. Müğənninin sözlərinə görə, həkimi ona xəstəlik səbəbindən yaxın gələcəkdə çıxış etməkdən çəkinməyi tövsiyə edib. Lakin o, sözügedən sağlamlıq problemləri barədə dəqiq məlumat verməyib.“The Police” qrupunun keçmiş lideri həmçinin ABŞ-da iki konsertin vaxtını dəyişdirib: Belə ki, o, Feniksdə yanvarın 24-də deyil, iyulun 1-də, Uitlenddə isə 26-da deyil, mayın 28-də çıxış edəcək. Mayın 29-da Stinqin “Cherrytree” musiqi şirkətinin 20 illiyinə həsr olunmuş tədbirdə oxuyacağı da məlumdur. Alınan bütün biletlər yeni tarixlərdə etibarlı olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta