“Sizə yaxın bankçılıq” şüarını fəaliyyətinin hər bir addımında reallaşdıran Bank of Baku müştərilərinə pərakəndə bankçılıqla yanaşı, korporativ bankçılıq istiqamətində də sərfəli şərtlərlə məhsullar təqdim edir.
Hazırda Bank of Baku mikro, kiçik və orta bizneslərin inkişafını daha da stimullaşdırmaq, sahibkarların bizneslə əlaqədar planlarına dəstək olmaq məqsədilə 100.000 AZN-dək mikro biznes krediti təklif edir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər Bank of Baku-dan 100.000 AZN-dək MİKRO BİZNES KREDİTİNİ
- GİROVSUZ;
- ZAMİNSİZ;
- 12 AYADƏK GÜZƏŞT imkanı ilə əldə edə bilər.
Biznesini böyütmək və inkişaf etdirərək daha böyük dövriyyələr etmək istəyən fiziki və hüquqi şəxslər bankın güzəştli şərtlərlə təklif etdiyi mikro biznes kreditindən rahatlıqla faydalana bilər.