Bakı. Trend:
22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər,ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmiarasında telefon danışığı baş tutub.
XİN-dən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanıiki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habeləmövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasındanormallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub.
Britaniya naziri ilk öncə 20 Yanvar – Ümumxalq Hüzn Günü və 25dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəmizinfaciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığıdiləklərini çatdırıb. Britaniyanın faciənin səbəblərininaraşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazırolduğunu bildirib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilənhəmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərininaraşdırılması üzrə görülən işlər barədə məlumat verib.
Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi,alternativ enerji, humanitar və digər sahələrdə münasibətləringeniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlısəfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkəarasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsininəhəmiyyəti qeyd olunub.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyimünasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi iləmübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsininəhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesibarədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrəəhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasındadavam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəbolduğunu diqqətə çatdırıb.
Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğurandigər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsiaparılıb.