Yorğun baxışlar, gözlərimizdə ağrılar, şişkinliklər... Kompüter qarşısında işləyənlər, telefona çox baxanlar əsasən sadalanan bu problemləri çox yaşayırlar.
Bəzi üsullar var ki, onların sayəsində gözlərdəki yorğunluğu aradan qaldırmaq olar.
Missiya.Az həmin qaydaları təqdim edir:
1. Gül suyu buna çarə ola bilər. lazım olan məhsullar: - 1 ədəd qızılgül -, 1 stəkan qaynar su, - 1 çay qaşığı bal. Hazırlanması: 1 ədəd qızılgülün yarpaqlarını bir stəkan suyun içində qaynadın. 10 dəqiqə dəmləndikdən sonra süzün və içinə 1 çay qaşığı bal əlavə edin. Bu qarışımı gözlərinizin ətrafına ehtiyatla yayın. Sözügedən proseduru hər gün tətbiq etdikdə gözlərinizdəki şişkinlik qısa zamanda yox olacaq, baxışlarınızdakı yorğun ifadə aradan qalxacaq.
2. Kirpiklərinizi tez-tez bir-birinə vurun, yəni, gözlərinizi qırpın. Məlumdur ki, monitor qarşısında gözlər tənbəlləşir və az qırpılır, bu isə görmə qabiliyyətinə zərər yetirir.
3. Başınızı dik tutun. Düz qarşınıza baxın. Ağır-ağır nəzərinizi tavana qaldırın, bir-iki saniyə ləngidin, sonra döşəməyə baxın və yenə də ləngidin. Çalışmanın yerinə yetirilməsi zamanı başınız hərəkətsiz olmalıdır.
4. Xoş bir istilik yaratmaq üçün ovuclarınızı bir-birinə güclü sürtün. Gözlərinizi bağlayın və çox təzyiq etmədən isti ovuclarınızı göz qapaqlarınıza yumşaq şəkildə qoyun. Həmin pozada təxminən 10 saniyə qalın, diqqətinizi həyatınızda baş verən xoş hadisələrə yönəldin. Ekspertlər deyirlər ki, bu məşqlə müntəzəm məşğul olmaq göz nahiyəsində qan dövranını yaxşılaşdırmağa kömək edir, gərginliyi azaldır və əzələlərin rahatlamasına yardımçı olur.
5. Gözlərin üzərinə təzə kəsilmiş xiyar və ya kartof dilimləri, həmçinin göz qapaqları üzərinə xiyar şirəsində isladılmış pambıq tamponlar da qoymaq olar.
Zərintac MayisqızıMissiya.Az