AZ

Göyçayda zəhərlənən tələbələrlə bağlı açıqlama - "Bu gün imtahanlarda..."

"Göyçayda zəhərlənənlər Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər".

Bu barədə Teleqraf.com-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbələrin vəziyyəti hazırda normaldır.

“Zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridir. Onlar evdə axşam saatlarında yedikləri qidadan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Ciddi problem yoxdur. Bu gün imtahanları olub, hər biri imtahanda iştirak edib. Günay Rasim qızı Heydərova "Azərbaycan iqtisadiyyatı", Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu "Vergilər və vergi tutumu", Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva "Mühasibat uçotu" fənnindən imtahan veriblər", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Göyçay rayonunda beş tələbə qız zəhərlənib. TƏBİB-in məlumatına görə "Yanvarın 21-i, saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar".


Müəllif: Teleqraf.com
Seçilən
29
teleqraf.com

1Mənbələr