AZ

“Sabah” Elvin Camalovla vidalaşdı

Sabah” FK yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb. Futbolçunun ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Elvin bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb.
Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandamızda kapitanlıq sarğısını daşıyan Elvin, “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.
Elvinə kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzu edirik!
Seçilən
8
9
msport.az

10Mənbələr