Çinin ilk 054B tipli “Luohe” freqatı Hərbi Dəniz Qüvvələrinin (HDQ) istismarına verilib.
Bu barədə “Poliqon” “Xinhua” xəbər agentliyinə istinadən məlumat verib.
Bildirilib ki, müxtəlif hərbi missiyaları yerinə yetirə biləcək “Luohe” freqatı Çin HDQ-nin döyüş effektivliyinin artırılmasında mühüm rol oynayacaq.
Gövdə nömrəsi “545” olan “Luohe” freqatı təxminən 5000 ton su basımına malikdir. Çin tərəfindən yerli olaraq inşa edilmiş yeni nəsil freqat müasir texnologiya, döyüş idarəetmə və silah sistemləri ilə təchiz olunub.