Məşhur aktyor vəfat etdi - FOTO
Televiziya və serialların aktyoru Fransisko San Martin 39 yaşında vəfat edib. Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Mənbənin məlumatına görə, sənətçinin cəsədi Los-Ancelesdə tapılıb. Aktyorun yanvarın 16-da dünyasını dəyişdiyi məlum olub. Fransisko San Martin 1985-ci ildə İspaniyada anadan olub. Aktyor "Hayatımızın Günləri" serialındakı rolu ilə tanınır, serialın 59 seriyasında çəkilib. Bundan əlavə, o, "Cəsur və Gözəl" serialında, həmçinin iki qısametrajlı filmdə rol alıb. 